Accessibility links

Suriyada üsyançılar Türkiyə ilə sərhəd Azzaz bölgəsinə nəzarəti ələ keçirib


Suriyada müxalifət döyüşçüləri Türkiyə ilə sərhəd Azzaz bölgəsinin əzarətini ələ keçirib. Lakin Amerikanın səsinin müxbiri Skott Bobbun bildirdiyinə görə, bölgədə təhlükəsizlik vəziyyəti olduqca həssasdır.

Azzazdakı Suriya Azadlıq Ordusunun komandiri Əhməd Qəzəli xarici jurnalistlərə təhlükəsizlik vəziyyətinin bir qədər düzəldiyini deyir.

Lakin müsahibə hökumət qüvvələrinin qırıcı təyyarəsinin yaxınlıqdakı bazara bomba salması ilə yarımçıq qalıb. Bu, 17 aydır davam edən qarşıdurmalar dövründə şəhərə havadan ilk zərbə idi. İkinci bomba isə bir neçə dəqiqəlik fasilə ilə atılır. Əksəriyyəti qadın və uşaq olmaqla, onlarla insan hücumun qurbanı olur. 100 nəfər yaralanır.

Yaralılar onsuz da dolu olan Türkiyə xəstəxanalarına çatdırılır.

Yaralılardan biri xilas ola bilmir. Cəsədi evinə göndərilir.

Təşviş içərisində olan mülki əhali hücumların davam edəcəyindən ehtiyat edərək, Türkiyə sərhədlərinə üz tutur. Çoxunun pasportu belə yoxdur. Onlar sərhədləri gizlin keçməyə çalışacaq.

Qəzəli isə şəhərini müdafiə edə bilmədiyinə görə qəzəblidir.
“Bizə silah lazımdır. Bizim hava, pulemyot və top zərbələrindən müdafiə üçün silaha malik deyilik. Özümüzü necə müdafiə edək?”

Hava qaraldıqca sığınacaq axtaranların sayı artacaq.
XS
SM
MD
LG