Accessibility links

Suriyanın cənubunda 200 000 insan tibbi yardımdan məhrumdur


Ümumdünya Səhiyyə Təşkilatı Suriyanın cənubunda yaşayan 200 000-dən çox insanın təcili tibbi yardıma ehtiyacı olduğunu bildirir. Həmin ərazidə Rusiyanın dəstəklədiyi Suriya hökumət qüvvələri və silahlı müxalifət qrupları arasında bu yaxınlara qədər qızğın döyüşlər keçirilib.

Birləşmiş Millətlər Təşkilatı və digər yardım qurumları Suriyanın cənubunda hökumət nəzarəti altında olan ərazilərdə yaşayan insanları tibbi və digər yardımla təmin etmək gücündədir. Lakin həmin ərazilərin üsyançıların nəzarəti altında olan Daraa və Kuneytra şəhərlərinin bir hissəsinə daxil olmaq mümkün deyil. Bu isə 200 000-dən çox insanın tibbi vəziyyəti ilə bağlı narahatlıqlara səbəb olub.

Ümumdünya Səhiyyə Təşkilatının sözçüsü Tarik Yasareviç bildirib ki, təşkilat həmin ərazilərə “maneəsiz və dərhal” daxil olmağa imkan yaradılması üçün çağırış edir: “Oradakı məcburi köçkünlərin böyük əksəriyyəti artan yay temperaturu, tozlu səhra küləkləri, içməli suya və sanitariya xidmətlərinə məhdud çıxış şəraitində yaşayırlar. Son həftə susuzluğa və çirkli su ilə keçən xəstəliklərə görə, 15 suriyalı – 12 uşaq, 2 qadın və bir yaşlı kişi ölüb.”

Ümumdünya Səhiyyə Təşkilatı bildirir ki, Daraa və Kuneytra şəhərlərində ictimai xəstəxanaların və səhiyyə mərkəzlərinin təxminən 75 faizi ya bağlıdır, ya da qismən fəaliyyət göstərir. Nəticədə, çoxlu sayda xəsarət almış insanlar və hamilə qadınlar təcili və mütləq tibbi qayğıdan kənar qalıb.

XS
SM
MD
LG