Accessibility links

Suriyada yapon jurnalist öldürülüb


"Azad Suriya Ordusu"nun üsyançıları arasında olan yaponiyalı jurnalistin döyüşlər zamanı öldürüldüyü, Əl-Hürrə televiziyasının 2 jurnalistinin isə itkin düşdüyü deyilir.

Yaponiya Xarici İşlər Nazirliyinin bildirdiyinə görə, 45 yaşlı Mika Yamamoto ölkənin şərqindəki Hələb şəhərinə güllə ilə vurulub. Baş qərargahı Tokyoda yerləşən Yapon Press-də çalışan jurnalist vaxtikən Əfqanıstan və İraqda işləyib.

Müxalifət bütün Suriya boyu döyüşlərin davam etdiyini və bazar ertəsi baş vermiş zorakılıqlar zamanı azı 140 nəfərin öldürüldüyünü bidirir. Yerli Koordinasiya Komitəsinin məlumatına görə, bu gün ən çox itkilər Dəməşq, Homs və Dəra şəhərlərində baş verib.

Bu arada Birləşmiş Ştatlar prezidenti Barak Obama Suriya prezidenti Bəşər Əsədə xəbərdarlıq edib ki, hökumət qüvvələri üsyançılara qarşı kimyəvi silahdan istifadə etdiyi təqdirdə ABŞ-ın münaqişəyə reaksiyası xeyli dəyişə bilər.
XS
SM
MD
LG