Accessibility links

Suriyanın müxalifətin mühasirəsində olan bölgəsinə yardım daşıyan maşın karvanı hücuma məruz qalıb.

37 yük maşınından ibarət yardım karvanı Şərqi Harasta şəhərindəki 11 min insana ərzaq və dərman daşıyırdı.

Yardım işçiləri mediaya adlarının açıqlamadan məlumat verib.

Facebook səhifəsində Yerli Şuranın yaydığı məlumata görə, yük maşınları şəhərə daxil ola bilməyib. Buna qum torbaları mane olub. Yardım maşınları hücuma məruz qalmadan öncə geri qayıtmağa məcbur edilib.

Müxalifət hücuma görə hökumət qüvvələrini günahlandırıb.

Suriyanın Qırmızı Xaç Cəmiyyəti hücum zamanı sürücülərdən birinin ağır yaralandığını bildirir.

Qurum əraziyə yardım göndərilməsi üçün təhlükəsizliyin təminatını tələb edir.

Suriyanın müxtəlif bölgələrində əsasən hökumət qüvvələri tərəfindən 600 mindən artıq insan mühasirədədir.

Harasta fəallarının bildirdiyinə görə, Dəməşqin Cobar məhəlləsinə havadan 12 dəfə zərbə endirilib. Tələfat barədə məlumat verilməyib.

XS
SM
MD
LG