Accessibility links

Rusiya Suriyada hava hücumlarını bərpa edib


Uğursuz danışıqlaran sonra Suriyanın cənub-qərb bölgəsi yenidən hücumlara məruz qalıb

Rusiya Suriyanın cənub-qərbindəki üsyançılara qarşı hava hücumlarını bərpa edib. Sakinlər və müharibə müşahidələri bildirib ki, hökumət idarəçiliyinin bərpası üçün danışıqların uğursuz olduğunu söyləyib.

Suriya İnsan Haqqları Monitorinq qrupu hava hücumlarının Suriyanın şərqindəki Dəraa əyalətinin şimal-qərbi Tafas, şərqi Səidə şəhərlərini hədəf aldığını bildirib.

Suriya prezidenti Bəşar Əsəd bölgəni üsyançı qruplardan geri almaq üçün ölkənin cənub-qərbində Rusiyanın hava dəstəyilə ərazilərinin böyük bir hissəsini ələ keçirib.

Monitorinq qrupunun bildirdiyinə görə, Rusiya şənbə günü axşam hava hücumlarına fasilə verib, Saidə şəhərinin sakinləri və üsyançıların bildirib ki, çərşənbə axşamı şəhərə barrel bombaları salınıb.

Əl - Hərak şəhəri
Əl - Hərak şəhəri

Şənbə günündən etibarən üsyançılar döyüşlərə son verilməsi ilə dövlət suverenliyinin qaytarılmasına dair müzakirələr keçirsə də, şərtlər ilə razılaşmayıblar.

Ruslar ilə danışıqlar aparan Azad Suriya Ordusunun mərkəzi əməliyyat şöbəsinin sözçüsü Əbu Şaima Reuters-ə bildirib ki, "Rusiyanın düşmənləri olan Bosra Əl-Şamın ağır silahları təhvil verməkdən imtina etməsi ilə danışıqlar nəticə verməyib.

Başqa bir rəqib sözçü İbrahim əl-Cabavi də danışıqlarda heç bir nəticə əldə edilmədiyini bildirib. Əl-Cabavi deyib ki, Rusiya ağır silahların təhvilini, müxalifət isə on minlərlə məcburi köçkünün evlərinə qaytarılmasından sonra silahların mərhələlərlə təslim etmək istəyib.

Şənbə günü aparılan danışıqların ilkin mərhələsində üsyançılar müzairələri tərk edərək, Rusiyanın təslim şərtlərini alçaldıcı adlandırıb.

Rəsmi mənbənin bildirdiyinə görə, İordaniya onları müzakirə masasına geri dönməyə razı salıb.

Cənub-şərqdə yerləşən çoxsaylı şəhər kapitulasiyaları elan edib.

Suriyanın cənub-qərbində müharibə qonşu İordaniya və İsrail üçün daim həssas məsələ olub. Bölgə ötən il döyüşləri azaltmaq üçün İordaniya, ABŞ və Rusiyanın razılığına əsasən "de-eskalasiya" zonası elan edilib.

Suriya prezidenti Bəşər Əsəd və Rusiya prezidenti Vladimir Putin may ayında Rusiyanın Soçi şəhərində keçirilən görüşdə
Suriya prezidenti Bəşər Əsəd və Rusiya prezidenti Vladimir Putin may ayında Rusiyanın Soçi şəhərində keçirilən görüşdə

Vaşinqton müqavilənin pozulmasının cavabsız qalmayacağına dair xəbərdalır etsə də, bu günə qədər heç bir tədbir görülməyib və üsyançılar Amerika Birləşmiş Ştatlarının onlara heç bir hərbi yardım göstərməyəcəyini bildirdiyini deyib.

İordaniya Xarici İşlər Naziri Ayman Səfadi rusiyalı həmkarı Sergey Lavrovla Moskvada danışıqlar aparıb və bildirib ki, Suriyanın cənubunda atəşkəsin olmaması humanitar faciəyə səbəb ola bilər.

Lavrov Suriya mövzusundakı bütün məsələlərin ABŞ və Rusiya prezidenlərinin görüşündə müzakirə ediləcəyini söyləyib.

BMT-nin bildirdiyinə görə, Suriyanın cənub-qərbində baş verən döyüşlər təxminən 270 min insanın evlərini tərk etməsinə səbəb oldu.

XS
SM
MD
LG