Accessibility links

Ayman Əl-Zəvahri Suriyadakı rəqib döyüşçüləri diqqətlərini Bəşar Əl-Əsədə qarşı mübarizəyə yönəltməyə çağırıb


Əl-Qaidənin lideri Suriyadakı rəqib döyüşçüləri aralarındakı qarşıdurmalara son qoyub, diqqətlərini Bəşar Əl-Əsədə qarşı mübarizəyə yönəltməyə çağırıb.

Ayman Əl-Zəvahrinin audio-mesajı qrupun veb səhifəsində yayımlanıb. Onun yeri bəlli deyil və səs yazısının həqiqiliyi təsdiq edilməyib.

Son zamanlar Suriyada Əl-Qaidə ilə əlaqəsi olan qruplaşmalarla Əsəd əleyhinə döyüşçülər arasında toqquşmalar olur.

Bu arada, BMT və Ərəb Liqasının Suriya üzrə xüsusi nümayəndəsi Laxdar Brahimi Suriya hökuməti və müxalifətin təmsilçiləri ilə ayrı-ayrı görüşlər keçirib. Müzakirələr zamanı sabah keçiriləcək Cenevrə danışıqları gündəmdə olub.

İsveçin Davos şəhərində keçirilən Beynəlxalq İqtisadiyyat Forumunda İran prezidenti Həsən Ruhani deyib ki, Suriya böhranının həlli üçün ən yaxşı yol xarici müdaxilə olmadan azad və ədalətli seçkilər keçirilməsidir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG