Accessibility links

Suriyada hökumət qüvvələrin hava hücumu 18 nəfərin ölümünə səbəb olub



Suriyada fəalların bildirdiyinə görə, hökumətin ölkənin şimalında keçirdiyi hava hücumları 18 nəfər, Dəməşqdə isə avtomobilə yerləşdirilmiş bombanın partlaması beş nəfərin ölümülə nəticələnib.

Fəallar bazar ertəsi Əl-Bəb şəhərində hava hücumu nəticəsində ölən insanlar arasında qadınlar və uşaqların olduğunu bildirib. Onlar həmçinin Dəməşqin Caramana rayonunda maşına yerləşdirilmiş bombanın partlaması nəticəsində 27 nəfərin həlak olduğunu deyib.

Diplomatik sahədə beynəlxalq sülh elçisi Lahdar Brahimi BBC-yə verdiyi müsahibədə deyib ki, Suriyada prezident Bəşar Əl-Əsəd və onun 11 illik avtokratik hakimiyyətinə qarşı mübarizə aparan üsyançılar arasında 18 aydır davam edən münaqişənin həlli kimi olduqca çətin bir vəzifə ilə qarşılaşıb.

Bu arada, Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin yeni sədri hökumətin münaqişə zonasında humanitar yardımın çatırılmasına icazə verməsi məqsədilə cənab Əsədlə görümək üçün Suriyaya səfər edib.
XS
SM
MD
LG