Accessibility links

Əsəd hakimiyyətdən getməyəcəyini deyir



Suriya prezidenti Bəşar Əl-Əsəd onu hakimiyyətdən salmağa çalışan qüvvələrə kömöək göstərdiyinə görə ABŞ və Britaniyanı tənqid edib.

Britaniyanın Sunday Times qəzetinə müsahibə zamanı Bəşar Əl-Əsəd müxalifətlə danışıqlara hazır olduğunu, lakin ölkənin lideri kimi hakimiyyətdən getmək fikrində olmadığını deyib.
Suriya prezidenti silahı yerə qoyub, “siyasi qüvvə” ilə “silahlı terrorçu” arasında fərq qoya bilən hər bir kəslə danışıqlara hazır olduğunu bildirib.

Bu arada, Britaniyada yerləşən İnsan Hüquqlarını Müşahidə Qrupu Hələb yaxınlığında polis akademiyasını ələ keçirmək üçün bir həftə gedən döyüşlər nəticəsində 200-dən çox Suriya əsgəri və müxalifət döyüşçüsünün öldüyünü bildirir. Qrupun verdiyi məlumata görə prezident Əsədə sadiq qüvvələr bazar günü akademiyanı tərk etdikdən sonra üsyançılar onun nəzarətini ələ keçirib. İnsan Hüquqlarını Müşahidə Qrupu Suriya ordusunun təxminən 120 əsgərinin, müxalifət qüvvələrinin isə təqribən 80 üzvünün döyüş zamanı həlak olduğunu bildirib.

Suriya müxalifətinim lideri Muaz əl-Xətib aparıcı müxalifət koalisiyası və ölkənin daxilində üsyançılar arasında əlaqələrin gücləndirilməsi məqsədilə Suriyaya səfəri çərçivəsində bazar günü üsyançıların nəzarət etdiyi şimal bölgələrində olub. Keçən il Suriyanı tərk etmiş Əl-Xətib ölkəyə Türkiyə ilə sərhəddən keçib və Hələb vilayətində iki şəhərə baş çəkib.

Suriya prezidenti dialoq çağırışı ilə BMT-nin Baş katibi Ban Ki Mun və beynəlxalq vasitəçi Lahdar Brahiminin BMT-nin Suriya hökuməti və müxalifət arasında sülh danışıqlarında vasitəçilik etmək istədiyini elan etməsindən sonra çıxış edib.
XS
SM
MD
LG