Accessibility links

Suriya müxalifəti müvəqqəti hökumətin liderinin adını açıqlayıb



Suriya müxalifəti veteran dissident Corc Sabranı müvəqqəti hökumətin lideri kimi göstərib. Suriya prezidenti Bəşar Əl-Əsəd və onun atasının rejimləri əleyhinə çıxış etdiyinə görə dəfələrlə həbs edilən Corc Sabra mayın 11-də müxalifət qrupunun görüşünə görə bu vəzifəni yerinə yetirəcək.

Sabra İstanbulda mətbuat konfrasında üsyançılara qlobal dəstəyin artırılmasına çağırıb. O, müvəqqəti hökumətin lideri kimi bu vəzifədə beynəlxalq icitmaiyyətdən Suriya xalqına kifayət qədər kömək etmədiyinə görə şikayət edərək, mart ayında istefa vermiş Muaz əl-Xətibi əvəz edəcək.

Bu arada, Avropa İttifaqına daxil olan ölkələrin hökumətləri Əsəd hökumətinə qarşı mübarizə arapan üsyançıları maliyyə ilə təmin etmək məqsədilə müxalifət qüvvələrindən xam neft alınmasına imkan verərək, Suriyaya qarşı sanksiyaların yüngülləşdirilməsinə razı olub.

Bazar ertəsi günü qəbul edilmiş qərara əsasən, Avropa idxalçılarına Suriyada üsyançıların nəzarətində olan əraazilərdəki obyektlərdən neft almaq və Suriya müxalifətinin Milli Şurasının səlahiyyət verdiyi halda, üsyançılara nağd pul investisiya etmək imkanı verilir.

Avropa İttifaqı ilk dəfə sanksiyaları cənab Əsədin demokratiya tərəfdarlarının nümayişlərini qəddarcasına dağıtdığına cavab olaraq 2011-ci ildə tətbiq etmişdi.
XS
SM
MD
LG