Accessibility links

Tərksilah ekspertləri Suriyada təhlükəsizliyə görə narahatlıq ifadə edir


Suriyada kimyəvi silahların zərərsizləşdirilməsi missiyasını yerinə yetirən beynəxalq ekspertlər Dəməşqdə qaldıqları mehmanxananın yaxınlığında maşına yerləşdirilmiş bomba və artilleriya hücumlarından sonra təhlükəsizliklə bağlı vəziyyətə görə narahatlıqlarını ifadə edib.

Kimyəvi Silahlara Qadağa Təşkilatının yüksək səviyyəli rəsmisi Məlik Ellahi müxbirlərə deyib ki, təhlükəsizliklə bağlı problemlər hələlik müfəttişlərin işinə mane olmayıb.

Onun sözlərinə görə, ekspertlərdən ibarət qrup Suriyanın kimyəvi silah proqramının bir hissəsi kimi açıqladığı 11 obyektdə olub və bu obyeklərdən altısında avadanlığı sıradan çıxarıblar. Onlar missiyanın bu mərhələsinin noyabrın 1-ə qədər başa çatdırmalıdır. Suriyanın kimyəvi silahları bütünlüklə gələn ilin ortalarına qədər zərərsizləşdirilməlidir.

Bu arada, Suriyanın Baş nazirin müavini Qədri Cəmil uzun müddətdir təklif edilən sülh konfransının noyabrın 23-24 keçiriləcəyini bildirib.
XS
SM
MD
LG