Accessibility links

Dəməşqdə bomba partlayışı iki nəfərin ölümülə nəticələnib


Dəmşq ətrafında maşına yerləşdirilmiş bombanın partlaması nəticəsində iki nəfərin öldüyü bildirilir.

Şahidlər və fəalların verdiyi məlumata görə, partlayış şəhər kənarında Doumada izdihamlı bazarda baş verib. Onlar xəsarət alanların dəqiq sayı ilə bağlı məlumatın olmadığını bildirib. Yaralanan bir neçə şəxs xəstəxanaya aparılıb.

Bomba hücumuna görə məsuliyyəti öz üzərinə götürən olmayıb. Əl-Qaidə ilə əlaqəsi olan İraq və Şamda islam dövlət (İŞİD) bir neçə üsyançı qrupla rəqabət aparır.

Suriyada 2011-ci ildə vətəndaş müharibəsi başlayandan maşına yerləşdirilmiş bomba hücumları geniş hal alıb. Vətəndaş müharibəsi nəticəsində 150 mindən çox insan həyatını itirib. 2,5 milyon suriyalı ölkədə məcburi köçkün vəziyyətinə düşüb.

XS
SM
MD
LG