Accessibility links

Suriyanın şərqi Quta regionuna hücumlar səbəbindən yardım təchizatı məhdudlaşdırılıb


Suriya hökumət qüvvələri üsyançıların anklavına havadan və qurudan hücumlar həyata keçirməyə davam etdikdən sonra beynəlxalq humanitar yardım daşıyan maşın karvanı Suriyanın şərqi Quta regionuna yardımı məhdudlaşdırıb.

Zorakılıq səbəbindən 46-dan çox maşın bazar ertəsi axşam yüklərini tam boşaltmadan regionun Doma şəhərini tərk edərək Dəməşqə qayıtmağa məcbur olub.

BMT rəsmiləri yardım işçilərinin heç birinin xəsarət almadığını bildirib.

Britaniyada qərargahlanan Suriya İnsan Haqlarının müşahdəsi qrupu deiyb ki, bazar ertəsi yardımın gəlməkdə davam etməsinə baxmayaraq, hücumlarında azı 68 nəfər ölüb.

BMT bildirib ki, 400 min insan ərzaq və tibbi ləvazimatın azaldığı Quta regionunda mühasirədə qalıb.

XS
SM
MD
LG