Accessibility links

Suriyada üsyançılar ağır zərbə alıb


Suriya qüvvələri Livan sərhədi yaxınlığında yaraqlıların nəzarətində olan başlıca şəhərlərdən birini ələ keçiriblər.

Dövlət mediasının fəalların məlumatına görə, Suriya əsgərləri Yabrud şəhərinə nəzarəti ələ keçiriblər. Bu, üsyançıların Qalamun regionundakı sonuncu istehkamı idi. Region üsyançıların təchizatı üçün başlıca keçid hesab edilirdi.

Dövlət mediasının məlumatına görə, Suriya hərbi qüvvələri Yabrud şəhərində üsyançıların yerləşdirdiyi minaların təmizlənməsi ilə məşğuldur.

Suriyada 2011-ci ilin martında başlayan vətəndaş müharibəsi 140 mindən çox insanın həyatına son qoymaqla yanaşı, həm də 2.5 milyon insanı evindən didərgin salıb. Prezident Bəşar Əl-Əsədin istifasını tələb edən nümayişlər daha sonra zorakı münaqişəyə çevrilib.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG