Accessibility links

Suriyada etiraz aksiyaları davam edir

  • Amerikanın səsi

Suriyada etiraz aksiyaları davam edir

Suriyada nümayişçilərin öldürülməsinə etiraz olaraq, bu gün yenidən etiraz aksiyası keçirilib. Təhlükəsizlik qüvvələri nümayişçilərə qarşı güllələr və gözyaşardıcı qazdan istifadə edib. Latakiya şəhərində 4 adam öldürülüb. Dünən gecə Deir Əl-Zur şəhərində iki mülki vətəndaş güllə ilə vurulub öldürülmüşdü. Reuters xəbər agentliyi Dəraa şəhərində də bu gün nümayişçilərin atəşə tutulduğunu bildirib. Suriyada prezident Bəşar Əl-Əsədin istefası tələbi ilə etiraz aksiyaları aylardır davam edir. Mart ayından baş qaldıran iğtişaşlar səbəbi ilə 3 minə yaxın insan yoxa çıxıb. İnsan hüquqları müdafiəçiləri 1600 mülki vətəndaşın həlak olduğunu bildirir. Fəallar öldürülən və həbs edilənləri sənədləşdirməyə çalışır.

XS
SM
MD
LG