Accessibility links

Suriyada 45 qadın və uşaq cəsədlərinin tapıldığı deyilir


Suriyalı fəallar Homs şəhərində azı 45 qadın və uşaq cəsədi tapıldığını xəbər verirlər.

Fəallar cəsədlərinin çoxunda işgəncə əlamətləri olduğuu və qadınların zorlandığını bildirirlər. Onlar qəatliama görə hökumət qüvvələrini günahlandırırlar.

Suriya rəsmiləri qətlləri təsdiq edib, ancaq bu əməlin günahını “silahlı terrorçuların” üzərinə yıxıb.

Qətllər müstəqil mənbə tərəfindən təsdiq olunmayıb.

Bu gün BMT Təhükəsizlik Şurasının xarici işlər nazirləri Nyu Yorkda bir araya gələrək Suriyadakı durumu müzakirə edəcəklər. Danışıqlara ABŞ dövlət katibi Hillari Klinton da qatılacaq.

XS
SM
MD
LG