Accessibility links

Suriyada ağır döyüşlər davam edir


Suriya İnsan Haqlarını Müşahidə qrupu bildirir ki, hökumətin Suriyanın şimalında artilleriya hücumları nəticəsində 18 nəfər həlak olub. Dəməşq yaxınlığında isə 28 üsyançının öldürüldüyü bildirilir.

Qrup müxalif döyüşçülərin əlində olan Ariha şəhərinin mərmi hücumlarına məruz qaldığını bildirib. Ölənlər arasında 2 qadın və 1 uşaq olduğu da deyilir.

Bu gün habelə Dəməşq yaxınlığındakı Ədra şəhərində də hökumət qüvvələri ilə üsyançılar arasında ağır döyüşlər gedib. Döyüşlər zamanı üsyançılarla yanaşı Suriyanın elit Respublikaçı Keçikçilərinin bəzi üzvlərinin fə öldüyü bildirilir.

Məlumatların heç biri müstəqil mənbələr tərəfindən təsdiq edilməyib.
XS
SM
MD
LG