Accessibility links

Suriyada baş verənlər ABŞ və Rusiya dövlət başçılarının müzakirə mövzusu olub


Suriyanın Dəraa şəhərində ötən həftə əldə olunmuş təxliyə razılaşmasından sonra əsgərlər və onların ailələri əraziləri boşaldıb. Rusiyanın dəstəklədiyi hökumət qüvvələri müxalifətin hələ də anklavı olan İsrailin Qolan təpələri sərhədinə yaxın ərazilərə hücum edib. 7 illik üsyanın baş verdiyi Dəraa əyalətinin əksəriyyəti Dəməşqin mərkəzi hökumətinin nəzarəti altındadır.

İsrail 1974-cü ildən bəri BMT zonasında yerləşən İran və Hizbullah döyüşçüləri də daxil olmaqla Suriyalı qüvvələrin yerləşdirilməsi üçün hər hansı bir cəhdə sərt cavab verib.

İsrailin baş naziri Benyamin Netanyahu Rusiya Dövlət Başçısı Vladimir Putin və prezident Donald Tramp ilə bir ay davam edən hökumət hücumunu müzakirə edib.

İsrail 1974-cü ildən bəri BMT zonasında yerləşən İran və Hizbullah döyüşçüləri də daxil olmaqla, Suriya qüvvələrin yerləşdirilməsi üçün hər hansı bir cəhdə sərt cavab verib. Vaşinqtonun Yaxın Şərq Siyasəti İnstitutunun baş elmi katibi Endryu Tabler Amerikanın Səsinə İsrailin bu inkişafdan narahat olduğunu bildirib.

Dəra sakinləri təxliyyə razılaşmasından sonra ərazini tərk edirlər
Dəra sakinləri təxliyyə razılaşmasından sonra ərazini tərk edirlər

Endryu Tabler bildirib ki, ABŞ, Rusiya, İran və İsrail arasında rəqib tələblər var. Rusiya ABŞ qüvvələrinin Suriyadan çıxmasını istədiyi halda, ABŞ öz növbəsində bəlkə də Rusiyanın İran, Ukrayna və ya Krımda iştirak etməsini istəyir. O bildirb ki, İsrail İranın Suriyadan çıxmasını istədiyi halda, İran qalmaq istəyir.

XS
SM
MD
LG