Accessibility links

Suriyada daha bir Türkiyə əsgəri öldürülüb


Türkiyənin müdafiə nazirliyi şənbə günü bildirib ki, Suriyanın İdlib vilayətində Rusiyanın dəstəklədiyi hökumət qüvvələrinin bomba hücumu nəticəsində bir Türkiyə əsgəri öldürülüb. Bu, Ankara ilə Moskva arasında danışıqların dayandırıldığı bir ay ərzində öldürülən 16-cı Türkiyə əsgəridir.

Nazirlik bildirib ki, Türkiyə qüvvələri geri çəkilib və rejimin 21 hədəfini məhv edib. Onlar öldürülən əsgərin tank mexaniki olduğunu və xəstəxanaya aparılarkən həyatını itirdiyini bildirib.

Türkiyə Rusiyanın dəstəklədiyi Suriya hökumət qüvvələrinin doqquz il davam edən müharibədən sonra üsyançıların nəzarət etdiyi ərazini yenidən ələ keçirməsinin qarşısını almaq üçün Suriyanın şimal-qərbinə minlərlə qoşun və hərbi avadanlıq göndərib.

3.7 milyon suriyalı qaçqına ev sahibliyi edən Türkiyə deyir ki, bir başqa qaçqın axınını qəbul edə bilməz və bu səbəblə də sərhədlərini bağlayıb, baxmayaraq ki, Suriyanın hücumu və Rusiyanın hava reydləri dekabr ayının əvvəlindən çoxu qadınlar və uşaqlar daxil olmaqla yarım milyona yaxın insanı didərgin salıb.

Türkiyə əsgərlərinin öldürülməsi Ankaranın Moskva ilə döyüşlərin dayandırılması ilə bağlı mümkün razılıqla bağlı danışıqları çətinləşdirə bilər.

Son iki həftədə iki tərəfdən nümayəndə heyətinin razılıq əldə bilməməsinin ardından prezident Rəcəb Tayyib Ərdoğan Suriya hökumət qüvvələri irəliləfiyi təqdirdə onları geri çəkəcəyinə söz verib.

Ərdoğan şənbə günü İzmirdə tərəfdarlarına deyib ki, Türkiyə cümə günü Rusiya, Almaniya və Fransa liderləri ilə telefon danışıqlarından sonra Suriya üçün “yol xəritəsi hazırlayıb”.

“Biz bütün tərəflərə danışıq masasında olacağımızı elan edəcəyik”, o deyib.

XS
SM
MD
LG