Accessibility links

Suriyada doğulmuş Amerika vətəndaşı casusluqda ittiham edilir


Suriyada doğulmuş Amerika vətəndaşı casusluqda ittiham edilir
Suriyada doğulmuş Amerika vətəndaşı casusluqda ittiham edilir

Suriyada doğulmuş Amerika vətəndaşı Məhəmməd Anas Heytam Sued Amerika və Suriyadakı etiraz aksiyaları barədə məlumat toplamaq ittihamı ilə üzləşib. Suriyanın kəşfiyyat xidmətlərinə ötürülən məlumatlar aksiya iştirakçılarının qorxudulması, susdurulması və onlara divan tutulması məqsədi daşıyır. Casusəuluqda ittiham edilən Suedin Suriya hökumətinin agenti olduğu bildirilir. Ona qarşı silah alarkən yalan məlumat vermək ittihamı da irəli sürülüb. Ədliyyə nazirliyi Virciniya ştatının sakini Suedin dünən nəzarət altına alındığını bildirir. Bu gün o, ilk dəfə məhkəmə qarşısına çıxarılıb. Günahkar tanındığı təqdirdə Sued 15 il konspirasiya, 15 il silah daşıma, 10 il saxta məlumat vermək maddələrinə görə azadlıqdan məhrum edilə bilər.

XS
SM
MD
LG