Accessibility links

Suriyada üsyan paytaxta yaxınlaşır


BMT Suriya ilə bağlı qətnamələri müzakirə edir

Suriya fəallarının bildirdiyinə görə, paytaxt Dəməşqdə üsyançılar və hökümət qüvvələri arasında döyüşlər artıq üç gündür davam edir. Döyüşlər üsyançıların Bəşər Əl-Əsədə qarşı mübarizəsi başlayandan özünün ən ağır mərhələsinə keçib.

Çərşənbə axşamı internetdə yerləşdirilmiş həvəskar videoda həftənin əvvəlində baş verən döyüşlərdə Dəməşq sakinlərinin panika içində qaçdıqları göstərilib. Video müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.

Döyüşlər BMT-nin Təhükəsizlik Şurasında Suriya ilə əlaqədar iki ayrı-ayrı qətnaməni müzakirə etdiyi zaman baş verir.

Britaniya, Fransa, Almaniya və Birləşmiş Ştatlar BMT-nin Suriyadakı müşahidəçi missiyasının müddətinin daha 45 daha gün uzadılması və Əsəd hökümətinə qarşı sanksiyaların qəbul edilməsinə çalışır. Rusiya missiyanın müddətinin uzaldılmasını, lakin sanksiyaların tətbiq edilməməsinə çağırır.

BMT-nin xüsusi nümayəndəsi Kofi Annanın Rusiya prezidenti Vladimir Putinlə danışıqlar apardığı ərəfədə BMT baş katibi Ban Ki Mun Çinə səfər edir.

Rusiya və Çin bundan əvvəl Təhlükəsizlik Şurasında Suriyaya qarşı sərt tədbirlər görülməsinə veto qoyublar.
XS
SM
MD
LG