Accessibility links

Suriyada etirazlar yenidən vüsət alıb (Yenilənib)


Suriyada etirazlar yenidən vüsət alıb (Yenilənib)
Suriyada etirazlar yenidən vüsət alıb (Yenilənib)

Suriya hökumətinin etirazçıların tələbinə əsasən islahatların həyata keçiriləcəyi barədə bəyanatından bir gün sonra, bu gün ölkə boyü yenidən nümayişlər vüsət alıb. Təhlükəsizlik qüvvələri ilə etirazçılar arasında baş verən qarşıdurma zamanı azı üç nəfərin öldüyü bildirilir.

Hakim Bəəs partiyasına qarşı etiraz aksiyaları paytaxt Dəməşq də daxil olmaqla ölkənin üç böyük şəhərində keçirilib. Associated Press-in bildirdiyinə görə, bu yaxınlarda böyük nümayişlərin keçirildiyi Dəra şəhərində yenidən beş minə qədər insan toplaşaraq, müstəqillik tələb ediblər.

Prezident Bəşşar əl-Əsəd cümə axşamı xalqa ünvanlandığı müraciətində digər islahatlarla yanaşı ölkədə on illərdir qüvvədə olan fövqəladə vəziyyət haqda qanunun ləğv edilməsin üçün komitə təşkil ediləcəyini demişdi. Dövlətə məxsus SANA xəbər agentliyi komitənin aprel ayının 25-nə qədər təşkil ediləcəyini bildirib.

XS
SM
MD
LG