Accessibility links

Suriyada girov saxlanılan yaponiyalı jurnalist azad edilib


Yaponiyalı jurnalist üç il Suriyada əsirlikdə qalandan sonra cümə axşamı evinə dönüb.

Cümə axşamı İstanbulda təyyarəyə minmədən öncə, 44 yaşlı Cumpei Yasuda azadlığa buraxıldığına görə xoşbəxt olduğunu deyib və əsirlik dönəmindən bəhs edib.

"Cəhənnəm idi, təkcə fiziki baxımdan deyil, əqli baxımdan da". Mən düşünürdüm ki, 'bu gün də mənim evə getməyimə icazə verməyəcəklər'".

Tokioda Yaponiya rəsmiləri deyir ki, Yasuda çərşənbə axşamı Türkiyənin cənubunda yerləşən Antakya şəhərindəki immiqrasiya idarəsinə gəlib, lakin hansı şərtlərlə azadlığa buraxıldığı bəlli deyil.

Yaponiya hökümətinin sözçüsü deyib ki, onun azadlığa buraxılması üçün Qatar və Türkiyə danışıqlar aparıb. Sözçü fidyə (girov qarşılığında pul) verildiyini inkar edib.

Yasuda 2015-ci ildə müharibəni işıqlandırmaq üçün Suriyaya gedəndən qısa müddət sonra onu Əl-Qaidəyə bağlı militantların oğurladığı güman edilir.

O həmçinin 2004-cü ildə də qısa müddət Bağdadda girov saxlanılıb.

XS
SM
MD
LG