Accessibility links

Suriyada hava hücumu


Döyüş təyyarələri Suiyanın şimal-qərbində üsyançıların nəzarət etdiyi kəndə hücum edib. Nəticədə azı 35 nəfər ölüb, onlarla insan yaralanıb. Suriyanın müharibə müşahidəçiləri və paramediklərin sözləringə görə, bu, ölkənin həmin hissəsində baş verən ən tələfatlı hücumlardan biridir.

Ağ Dəbilqəlilər adı ilə tanınan müxalif Suriya Mülki Müdafiə qrupu bildirib ki, cümə akşamı günü Zardana kəndinə edilən hücum 35 nəfərin ölümünə, 80 nəfərin yaralanmasına səbəb olub. Qrup əlavə edib ki, ölənlərdən üçü onların üzvüdür. Onlar ölü və yaralıları təxliyə edərkən öldürülüb.

Britaniyada fəaliyyət göstərən Suriya İnsan Haqları Müşahidəsi qrupunun verdiyi məlumata əsasən isə hücum 6-sı uşaq, 11-i qadın olmaqla, 44 nəfərin ölümü ilə nəticələnib. Onlar əlavə edib ki, hücum müsəlmanların İftar zamanı oruclarını açdıqdan sonra baş verib.

Suriyadakı hücumlarla bağlı fərqli statistikanın olması qeyri-adi hal deyil.

Müşahidə qrupu bildirib ki, ölənlərin sayı arta bilər, çünki qurbanların bəziləri ya hələ də dağıntılar altındadır, ya da vəziyyətləri kritikdir.

Qrup hücumun Rusiya döyüş təyyarələri tərəfindən həyata keçirildiyini və bu il İdlib vilayətində baş verən ən tələfatlı hücum olduğunu bildirib.

Son aylarda üsyançıların nəzarət etdiyi İdlib vilayətində hava hücumları azalmışdı.

Son iki ildə Suriyanın digər bölgələrindən on minlərlə insan İdlibə yerləşib.

XS
SM
MD
LG