Accessibility links

Suriyada kimyəvi silahlardan istifadə edildiyindən şübhələnilir


Suriyanın dövlət mediası və monitorinq qrupu Hələbdə təngənəfəslikdən şikayət edən 100-ə yaxın adamın xəstəxanaya çatdırıldığını bildirir.

Briyaniyada yerləşən Suriyada insan haqlarının müşahidəsi qrupu 94 adamın müalicə edildiyini, 31 nəfərin xəstəxanada saxlandığını deyib.

SANA xəbər agentliyi isə İdlibdən yaraqlıların Hələbi mərmi atəşinə tutmasından sonra 107 nəfərin yaralandığını və hücum zamanı xlorin maddəsindən istifadə edildiyi ehtimalı olduğunu bildirib.

Üsyançılar iddianı rədd edib. Üsyançıların komandanı Əbdel Salam Əbdel-Razak deyib ki, müxalifət qüvvələrində kimyəvi silah və onu işlətmək imkanı yoxdur.

Suriyada insan haqlarının müşahidəsi qrupu Əsəd rejiminin müttəfiqi Rusiyanın hava hücumları həyata keçirdiyini ehtimal etdiyini bildirib.

Suriyanın Xarici İşlər Nazirliyi BMT-nin Təhlükəsizlik Şurasını hücumlara qarşı ölçülər götürülməsinə çağırıb.

Rusiya da Suriya üsyançılarını Hələbdə kimyəvi silah işlətməkdə günühlandırıb.

Rusiya müdafiə nazirliyinin nümayəndəsi İgor Konashenkov mətbuat konfransında deyib ki, hadisə yerinə xüsusi mütəxəssislər göndərilib.

Amerika İcmalı

Amerika İcmalı - 24 Sentyabr 2021
please wait

No media source currently available

0:00 0:28:23 0:00
XS
SM
MD
LG