Rusiya xəbər agentlikləri Rusiya Müdafiyə Nazirliyinin nümayəndəsinə istinadən xəbər verir ki, Suriyaya məxsus A320 sərnişin təyyarəsi az qala Suriyanın hava hücumuna tuş gəldiyi üçün Rusiyanın nəzarətində olan Xmeimim hava bazasına təcili eniş edib. Təyyarədə 172 sərnişin olub.
Xəbərdə deyilir ki, İqor Konaşenkov Suriya hava müdafiəsi sisteminin İsrailin Dəməşq yaxınlığına hücumunun qarşısını almağa çalışıdığını bildirib.
Konaşenkovun sözlərinə görə, gecə saat 2-dən sonra İsrailə məxsus dörd F-16 qırıcı təyyarəsi Suriyanın hava məkanına daxil olmadan Dəməşqin ətrafındakı hədəflərə atəş açıb.
Hücum zamanı Tehrandan Dəməşqə uçan sərnişin təyyarəsi eniş etməyə hazırlaşıb. Konaşenkov əlavə edib ki, təyyarə "artilleriya atəşinin baş verdiyi ölümcül zonadan" son anda xilas ola bilib.
Konaşenkov bildirir ki, təyyarə təhlükə zonasından çıxarılıb və Xmeimim hava bazasına enməsinə kömək edilib.