Accessibility links

Suriyada vüsət alan zorakılıqlar dalğası sərhədi adlayıb


Suriyada vüsət alan zorakılıqlar dalğası sərhədi adlayıb
Suriyada vüsət alan zorakılıqlar dalğası sərhədi adlayıb

Suriyada vüsət alan zorakılıqlar dalğası sərhədi adlayıb. Livanla sərhəddə Suriyadan atılmış güllə bir qadını öldürüb.

Livan təhlükəsizlik rəsmilər əl-Bekaaya sərhəd postunda baş verən atışmada bir Livan əsgəri də daxil olmaqla əlavə beş adamın yaralandığını xəbər verirlər.

Son iki gündə prezident Bəşar əl-Əsədə sadi qüvvələrin üsyançılara divan tutması fonunda yüzlərlə adam Livana pənah aparıb.

Siyasi fəallar təxmin eüdirlər ki, martın ortalarında Əsədə qarşı başlamış üsyan nəticəsində indiyədək azı 700 adam həlak olub.

Human Rights Watch təşkilatı Bəşar əl-Əsədi öz xalqına qarşı müharibə aparmaqda ittiham edərək həbs və hədə kampaniyasına son qoymağa çağırıb.

XS
SM
MD
LG