Accessibility links

Suriya üsyançıları atəşkəsdən imtina edə bilər


Suriya üsyançıları prezident Bəşar Əl-Əsəd BMT-nin sülh planına əməl etmədiyi təqdirdə atəşkəs razılığından imtina ediləcəyini bildirib.

İnternetə yerləşdirilən bəyanatda "Azad Suriya Ordusu"-nun polkovniki Qasım Sadəddin cənab Əsədi beynəlxalq sülh elçisi Kofi Annanın sülh planına dərhal riayət etməyə çağıraraq, ona yerli vaxtla saat 12-yə qədər vaxt verib.

"Biz atəşkəsə birtərəfli riayət etməyəcəyik. Cənab Annanın sülh planı Suriyaya gələndən bəri Əsəd qüvvələri Hola, Homs və Həmada, Hələb, Dəra və Deir Əl Zourda, Dəməşqdə, Idlibdə, Tartus və Latakiyada qırğınları davam etdirir" - deyə, üsyançıların komandiri bildirib.

Suriya hökumıti ilə üsyançılar arasında atəşkəs keçən ay beynəlxalq vasitəçi Kofi Annanın yardımı ilə əldə edilib.




XS
SM
MD
LG