Accessibility links

Suriyadan 20 Azərbaycan vətəndaşı repatriasiya olunub


Əl-Roj düşərgəsində İslam Dövləti qrupunun döyüşçülərinin ailə üzvləri olduğu iddia edilən bir qrup qadın, Suriya, 28 mart, 2019
Əl-Roj düşərgəsində İslam Dövləti qrupunun döyüşçülərinin ailə üzvləri olduğu iddia edilən bir qrup qadın, Suriya, 28 mart, 2019

Mayın 27-də Suriyanın Cerabus şəhərindəki Amerna düşərgəsində saxlanılan 6 nəfəri qadın və 14 nəfəri uşaq olmaqla, 20 nəfər Azərbaycan vətəndaşının vətənə repatriasiyası (digər dövlətin ərazisində olan şəxsin vətəndaşı olduğu, daimi yaşadığı və ya mənsub olduğu dövlətə qayıtması) həyata keçirilib.

Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, qeyd olunan şəxslərin ölkəyə gətirilməsi Azərbaycan hökuməti tərəfindən görülmüş mərhələli tədbirlər nəticəsində baş tutub.

“Türkiyənin müvafiq dövlət qurumları ilə aparılmış müştərək fəaliyyət nəticəsində cari ilin 25 may tarixində Suriyada olan sözügedən vətəndaşlarımızın Türkiyəyə sərhəd keçidi təmin edilib. Mayın 27-də Türkiyə miqrasiya xidməti rəsmilərinin və Azərbaycan nümayəndə heyətinin müşayiəti ilə yuxarı qeyd olunan vətəndaşların İstanbul-Bakı reysi ilə Azərbaycana repatriasiyası təmin edilib. Azərbaycan hökuməti tərəfindən müvafiq şəxslərin reinteqrasiyası və reabilitasiyası üçün bütün lazımi tədbirlərin görülməsi nəzərdə tutulub,” məlumatda qeyd edilib.

Xəbərdə deyilir ki, Azərbaycan hökuməti öz vətəndaşlarının hüquq və azadlıqlarının qorunması istiqamətində zəruri tədbirlərin görülməsini davam etdirəcək.

2018-ci ilin oktyabrında Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) nümayəndələri ilə görüş zamanı Azərbaycan Daxili İşlər Nazirliyi (DİN) tərəfindən verilən məlumata əsasən, terror təşkilatlarına qoşulmaq üçün Suriya və İraqa Azərbaycandan 1477 (1136 kişi və 341 qadın) nəfərin getdiyi, 903 nəfərin (749 kişi və 154 qadın) öldüyü və ya itkin düşdüyü güman edilir.

Bu barədə “Azərbaycanda seçilmiş icmalarda radikallaşmaya qarşı həssaslıq və dayanıqlığın müəyyən edilməsi üzrə tədqiqat” adlı yekun hesabatda bildirilir.

Daxili İşlər Nazirliyinin təqdim etdiyi rəqəmlərə görə, 309 şəxs (261 kişi və 48 qadın ) ölkəyə qayıdıb (əsasən, Sumqayıt, Qusar, Balakən və Zaqataladandırlar).

Hesabatda həmçinin bildirilir ki, bu günə qədər münaqişə ocaqlarında olan və valideynlərini itirmiş 24 azərbaycanlı uşaq geri qaytarılıb.

“Ən azı bir valideynini itirmiş 270 azərbaycanlı uşaq Suriya və İraqda saxlama mərkəzindədir."

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG