Accessibility links

Suriya hökumətindən gözlənilməz təklif


Suriya BMT-nin dəstəyi ilə təklif olunan sülh konfransında ölkənin vətəndaş müharibəsinə son qoymaq məqsədi ilə atəşkəsə çağıracağını bildirib.

Baş nazirin müavini Qədri Cəmil The Guardian-a deyib ki, münaqişə dalana dirənib: "Nə hökumət, nə də üsyançılar bir-birini məğlub etmək üçün yetərli gücə malik deyillər".

O, Böyük Britaniya qəzetinə bildirib ki, Suriya hökuməti habelə "xarici müdaxilə son qoymaq" və "dinc siyasi proses"ə başlamağı təklid edəcək. Qeyd edək ki, Cenevrədə keçirilməsi planlaşdırılan bu konfransı bir müddətdir ki, təxirə salınır.

ABŞ və Rusiya Suriya hökumət nümayəndələri ilə üsyançı qüvvələri Cenerrə İki adlanan danışıqlar üçün aylardır bir araya gətirməyə çalışır.

Danışıqlar üçün birinci cəhd heç bir tərəfin nümayəndəsi qatılmadığından uğursuzluqla nəticələnmişdi. Suriyanın bölünmüş müxalifəti prezident Bəşar Əl-Əsəd istefa verənədək danışıqlar boykot etmişdi.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG