Accessibility links

Suriyalı qaçqınları daşıyan qayıq batıb


Şənbə Kiprə doğru yola düşən içində 39 suriyalı qaçqın olan qanunsuz qayıq Livan sahilində yaxın yerdə batıb. Təhlükəsizlik xidmətinin verdiyi məlumata görə, sərnişinlərin çoxu xilas edilsə də, 5 yaşında bir oğlan boğulub.

Onların sözlərinə görə, belə görünür bu uzun zamanda ilk dəfədir ki, bir qrup qaçqın qayıqla Livandan Avropaya keçməyə çalışır. Suriyalı qaçqınlar Livan əhalisinin dörddə birini təşkil edir.

Kipr Livanın şimal sahilindən 180 kilometr uzaqlıqda yerləşir. Mənbələrə əsasən, daha üç nəfər kritik vəziyyətdə xəstəxanaya yerləşdirilib.

BMT-nin Qaçqınlar üzrə Agentliyi bildirir ki, Livanda 1 milyon qeydiyyatdan keçmiş Suriya qaçqını var. Livan höküməti isə onların sayının 1.5 milyon olduğunu söyləyir.

Suriya qüvvələri və müttəfiqləri Suriyada daha çox ərəzinin nəzarətini geri aldığı bir vaxt, Livan prezidneti və digər siyasətçilər qaçqınları vətəndaş müharibəsinə son qoyacaq razılıq əldə olunmadan öncə döyüşlərin bitdiyi ərazilərə dönməyə çağırır.

Son aylarda bəzi qaçqınlar Suriyaya geri qayıdıb. Livan höküməti onların Suriya höküməti ilə koordinasiya edərək könüllü olaraq geri döndüklərini bildirir.

Lakin BMT-nin qaçqınlar üzrə ali komissarı Filippo Qrandi ötən ay Beyruta səfəri zamanı söyləyib ki, qaçqınlar infrastruktur çatışmazlığı, cəzalandırılmaq və orduya xidmətinə çağırış kimi məsələlərdən narahatdır.

O deyib ki, daha çox qaçqının geri qayıtmağa qərar verməsi üçün, bu məsələlərə diqqət ayırılaraq, inam yaradılmaldır və BMT-nin Qaçqınlar üzrə Ali Kommissarlığının qaçqınların geri getdiyi ərazilərdə mövcudluğu olmalıdır.

XS
SM
MD
LG