Accessibility links

Suriyalı qaçqınların evlərinə geri dönməsi İordaniyanın sərhədindəki iqtisadiyyatı tənəzzülə uğradır


Suriyalı qaçqınların evlərinə geri dönməsi İordaniyanın sərhədindəki iqtisadiyyatı tənəzzülə uğradır
please wait

No media source currently available

0:00 0:02:42 0:00

Mağazalar bağlıdır, kirayə haqqı azalıb və bir zamanlar çiçəklənən bazar indi yarı boşdur. İordaniyanın İrbid şəhərinin iqtisadiyyatı böyük çətinliklə üzləşir. Belə ki, suriyalı qaçqınlar ötən oktyabr ayında İordaniya ilə Suriya arasında Nəsib-Cabir sərhəd keçidinin açılmasından sonra evlərinə geri dönür.

İordaniyanın şimalında yerləşən İrbid şəhərində 250 minə yaxın qaçqın yaşayırdı. Bu da İordaniyada sığınacaq tapan 1.3 milyon suriyalıların 20 faizi deməkdir.

İordaniya xalqı bir aralar suriyalı qaçqınları yerli sakinlərin əllərindən işlərini almaqda, elektrik enerjisi, su, və məhsulların qiymətini artırmaqda, habelə hökümətdən aldıqları subsidiyaların itməsindəgünahlandırırdı.

Lakin İordaniya höküməti qaçqınlara 2016-cı ildə qanuni iş icazəsi verəndən sonra, onlar yerli iqtisadiyyata böyük töhfələr verib. Beynəlxalq Valyuta Fondundan alınan məlumatlara görə, Suriya böhranı başlayandan sonra İordaniyanın adambaşına düşən ÜDM-nın artım tempi 2011-ci ildə 2.6 faizdən 2014-cü ildə 3.1 faizədək artıb və sonrakı illərdə də bu artım davam edib.

Beynəlxalq Əmək Təşkilatı və iordaniyalı iqtisadçılar suriyalı qaçqınların yerli sakinlərdən daha az su və enerjidən istifadə etdiklərini müəyyən edib.

2017-ci ildə İordaniyada yaşayan işləmək yaşında olan 361,862 suriyalı qaçqının təxminən 55 faizi İordaniyanın əmək bazarına daxil olub. İnşaat sektorundakı işəgötürənlər onların yerli əhalinin müsbət yanaşmadığı işlərdə çalışmağa daha həvəsli olduqlarını görüb.

İndi daha çox suriyalı Suriyaya getməyi planlaşdırdığı üçün, yerli iqtisadi təşkilat kirayə bazarına böyük zərbənin vurulacağından narahatdır.

“Yerli kirayə bazarı bir zamanlar Suriya qaçqınlarının böyük tələbatından asılı idi. Əgər onlar hamısı geri dönsə, bir çox ev boş qalacaq. Bu isə bəzi daşınmaz əmlak investorlarına təsir göstərəcək”, İrbid Ticarət Palatasının sədri Məhəmməd Şoha söyləyib.

Narahatlıqlara baxmayaraq, Şoha suriyalı qaçqınların əvvəl-axır evlərinə geri dönəcəklərini bilir. İrbid yerli sakinlərə mənfi təsirləri azaltmaq üçün yeni tənzimləmələr etməlidir.

“Biz ümid edirik ki, onların evlərinə geri dönmələrinin yerli bazara böyük təsiri olmayacaq. Ümumiyyətlə kim daima qaçqın olmaq istər? Onlar əvvəl-axır evlərinə geri dönəcək. Mən inanıram ki, biz onlar gedəndən sonra vəziyyətə uyğunlaşmağın yolunu tapa bilərik”, Şoha deyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG