Accessibility links

Suriyalı qadınlar konstitusiya yazılmasında iştirak etməyə çalışır


BMT-nin Suriyanın yeni konstitusiyasına dair yerli və beynəlxalq tərəflərlə iş apardığı bir vaxt Suriya qadınları onların narahatlıqları və Suriyanın gələcəyi ilə baxışlarının da masa üzərində yer almasını istəyir.

Qadınların iştirakına dair beynəlxalq tələblər ölkədə 7 ildir davam edən müharibəyə son qoyulması çağırışları ilə eyni vaxta təsadüf edir.

Konstitusiyanın hazırlamasında qadınların rolu əhəmiyyətlidir

Maraqlı tərəflər konstitusiya layihəsinin hazırlanmasını monitoring edəcək komitə təsis etməlidir.

"Konstitusiyanın hazırlamasında qadınların rolu əhəmiyyətlidir. Əks təqdirdə gələcək qanunvericilikdə qadınların hüquqları təminat altına alınmamış olacaq” - deyə, insan haqları müdafiəçisi Rima Flihan bildirib

Flihanın dediyinə görə, konstitusiya bütün gələcək qanunların təməli olmalı, qadınların iştirakı isə qadın və azlıqların müdafiəsində böyük əhəmiyyət kəsb etməlidir.

Təhlilçilər hesab edir ki, qadınların rolu uzunmüddətli pozitiv təsirlərə malik olacaq.

BMT-nin Qadın Təşkilatının ərəb ölkələrində sülh və təhlükəsizlik şöbəsinin direktor müavini Reyçel Dor Uik qadınların iştirakının dünya ölkələrində müsbət təsirini vurğulayaraq, Suriyada da maraqlı tərəflərin ölkənin siyasi gələcəyi və konstitusiya müzakirələrində qadınlara yer verməsinin vacibliyini qeyd edib.

"Statistikadan bilirik ki, qadınların iştirak etdiyi ən müxtəlif və ən çoxmillətli sülh proseslərində pozitiv nəticələr əldə edilib və sülh prosesləri daha davamlı olub. Çünki qadınlar daha tez və daha uzunmüddətli razılıq əldə etməyə qadırdir."

Bəzi suriyalı qadınlar siyasi müzakirələrə Suriya deyil, digər ölkələr və qruplarınl başçılıq etdiyini deyir.

"Hazırkı anda qadınların konstitusiya yazılmasında iştirakı mənasızdır. Mən hazırkı yazılışla razı deyiləm. Belə ki, Suriyada vəziyyət sabit deyil. Bu vəziyyət qadın və azlıqların da iştirakı ilə ədalətli və tamtərkibli konstitusiyaya xidmət etmir”, İsveçdə yaşayan suriyalı jurnalist Azza Əl-Bəhrə Amerikanın Səsinə bildirib.

"Rejim dəyişdikdə, qaçqınlar evlərinə döndükdə biz effektiv siyasi prosesdən danışa bilərik" , Əl-Bəhrə əlavə edib.

Hazırkı anda qadınların konstitusiya yazılmasında iştirakı mənasızdır

BMT-nin Suriya üzrə nümayəndəsi Staffan de Mistura bu yaxınlarda Suriyada siyasi proseslərin canladırılması səylərini gücləndirib.

Gələn ay vəzifəsini tərk edəcəyi gözlənilən nümayəndə BMT-nin baş katibi Antonio Quterresin xahişi ilə fəaliyyətini davam etdirir.

Bu ay Mistura ABŞ dövlət katibi Mayk Popeo ilə Suriyada konstitusiya komitəsinin yaradılması məsələsini müzakirə edib.

Suriyada sülh prosesi parallel kanallarla aparılır. BMT-nin Cenevrə prosesi ABŞ və Avropanın dəstəyini əldə edib. Astana prosesi isə Rusiyanın vasitəçiliyi ilə aparılır.

2017-ci ildə start verilən Astana prosesi Rusiya, Türkiyə və İranın iştirakı ilə irəliləyir. Bu proses Suriyada de-eskalasiya zonasının yaradılmasına yol açıb.

Hazırda Suriya rejimi İdlibdən əlavə bütün bölgələrə nəzarət edir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG