Accessibility links

Suriyanın hökumət qüvvələri şimal-qərb bölgəsində dəhliz açdı


Dövlət mediasının bildirdiyinə görə, Suriyanın hökumət qüvvələri ölkənin üsyançıların nəzarətindəki şimal-qərb bölgəsini tərk etməkj istəyənlər üçün dəhliz açıb.

Ordunun son günlər üsyançıların İdlib və Həmadakı mövqelərinə havadan və qurudan etdiyi hücumlar on minlərlə insanın Türkiyə sərhədinə doğru qaçmasına səbəb olub.

Suriya Ərəb Respublikası Soran şəhərində humanitar dəhlizin açıldığını elan edir və şəhəri tərk etmək istəyən vətəndaşlara imkan yaradır.
Suriya Xarici İşlər Nazirliyi

Avqustda qısa sürən atəşkəsdən sonra Rusiyanın dəstəklədiyi Suriya ordusu 2014-cü ildən bəri İdlib əyalətinin üsyançıların nəzarətində olan bir şəhərinə daxil ola bilib.

BMT-nin bildirdiyinə görə, aprel ayının sonlarında hücumlar başlayandan bəri yüzlərlə insan ölüb, 500 mindən çox insan evindən qaçıb.

İnsanların əksəriyyəti üsyançıların cəmləşdiyi yerlərə və sərhədə doğru, 300,000 isə hökumətin nəzarətindəki bölgələrə qaçıb.

"Suriya Ərəb Respublikası Soran şəhərində humanitar dəhlizin açıldığını elan edir və şəhəri tərk etmək istəyən vətəndaşlara imkan yaradır" deyə, SANA dövlət xəbər agentliyi xarici işlər nazirliyindəki mənbəyə istinadən bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG