Accessibility links

Suriyanın hücumu nəticəsində ölənlərin sayı artır


Suriya
Suriya

Son iki gün ərzində Rusiyanın dəstəklədiyi hücum çərçivəsində aparılan Suriyanın şimal-qərbində üsyançıların nəzarət etdiyi ərazidə aparılan hava hücumları nəticəsində 24-dən çox mülki vətəndaş ölüb. Bu barədə şənbə günü yerli fəallar və müharibəni müşahidə edən qrup xəbər verib.

Suriya İnsan Haqları Müşahidə Qrupu şənbə bildirib ki, Deir kəndinə aparılan hava hücumu nəticəsində, çoxu uşaq olmaqla yeddi nəfər öldürülüb. Yerli fəallar və müşahidə qrupunu verdiyi məlumata görə, cümə günü Əl-Haas kəndinə hava hücumları 13 nəfərin ölümünə səbəb olub. Onlar arasında hamilə qadın və onun daha dünyaya gəlməmiş uşağı da olub. Onlar başqa yerdən qaçıb, sığınacaq axtarışında olublar.

Suriya İnsan Haqları Müşahidə Qrupunun direktoru Rami Əbdülrəhman deyib ki, belə görünür hökümətin məqsədi mülki vətəndaşları aprel ayında başlayan hərbi gərginlik nəticəsində nisbətən dağılmayan yerlərdən qaçmağa vadar etməkdir.

“Onlar insanları qaçmağa məcbur etmək üçün şəhərləri və ətraf əraziləri bombalayırlar”, o deyib

ABŞ-da qərargahlanan Tibbi Yardım İttifaqı Təşkilatının təhlükəsizlik meneceri Əhməd Əl-Dbis deyib ki, bombardman heç bir hərbi mövqelərin olmadığı və mülki vətəndaşların yaşadığı ərazilərdə aparılıb.

“Onlar insanları didərgin salmaq üçün hədəf alır”, o bildirib.

Dbis deyib ki, hökümət və ya Rusiya qüvvələrinin aprel ayının sonundan bəri öldürdüyü mülki vətəndaş sayı 730-dan çoxdur.

Rusiya və Suriya qüvvələrinin mülki vətəndaşları deyil, Nüsrə Cəbhəsi də daxil olmaqda digər militantları hədəf aldığını bildirir.

İdlib vilayətinin yerləşdiyi şimal-qərb region prezident Bəşər Əsədin əleyhdarlarının son əsas istinadgahının bir hissəsidir.

Fransa cümə günü döyüşlərə dərhal son qoyulmasına çağırıb. Fransanın xarici işlər naizrliyi əlavə edib ki, onlar xüsusilə didərgin düşən inanların düşərgələrinə hava hücumlarını pisləyir.

Zorakılıqların artmasın nəticəsində artıq yüz minlərlə insan Türkiyə sərhədinə qaçıb.

Türkiyənin dəstəklədiyi Suriyanın üsyançı qüvvəsi Milli Ordi bildirib ki, onlar texniki səbələrdən İdlibdə üsyançılara yarım etmək üçün əlavə qoşun göndərəcək.

Hökümət qüvvələri İdlib vilayətinin cənubunda Xan Şeyxun şəhərinə doğri irəliləyərək qonşu Həma vilayətinfə üsyançıların nəzarət etdiyi son ərazini mühasirə etməklə hədələyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG