Accessibility links

Suriyanın paytaxtında hücum olub


Suriyanın paytaxtında hərbi yoxlanış məntəqəsinin hədəf alındığı hücumda nə qədər tələfat olduğu barədə məlumat verilməyib.

Hücum Dəməşqə aparan maqistral yolda həyata keçirilib. Dövlət televiziyası hadisə ilə bağlı çox az məlumat versə də, hücum terror aktı kimi qiymətləndirilib.

SANA xəbər agentliyi bildirib ki, ətrafdakı yollar bağlanıb.

Britaniyada yerləşən Suriyada İnsan Haqlarının Müşahidəsi qrupu isə hərbi kəşfiyyat nazirliyinin nədəf alındığını və çoxsaylı itki qeydə alındığını bildirib. Hücum zamanı bir çox adamın yaralandığı deyilib.

Partlayışa bomba və ya intiharçının səbəb olub-olmadığı bəlli deyil.

Hökumət qoşunlarının ötən il üsyançıların əlində olan sonuncu rayonları da geri almasına baxmayaraq, paytaxt Dəməşq və onun ətraflarında bir neçə belə partlayış baş verib.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG