Accessibility links

Suriyanın silah anbarında partlayış olub


Britaniyada qərargahlanan Suriya İnsan Haqları Müşahidə qrupu bazart ertəsi üsyançıların nəzarət etdiyi İdlib vilayətində silah anbarı olduğu güman edilən binada baş verən partlayış nəticəsində ölənlərin sayının 69-a çatdığını bildirib.

Təşkilat bazar günü Türkiyə sərhədi yaxınlığında Sarmada şəhərində baş verən partlayış nəticəsinə onlarla insanın xəsarət aldığını, tələfatların isə artacağının gözlənildiyini bildirib.

Suriya boyu bir çox mənbə şəbəkəsi olan qrup bildirib ki, binanın zirzəmisindəki silah anbarı partlayaraq, çoxmərtəbəli binanın tamamilə dağılmasına səbəb olub.

Bu arada isə Suriya hökümət qüvvələri Suriyada üsyançıların son istinadgahı olan İdlib vilayətinə mümkün hücumdan öncə əraziyə daha çox qoşun göndərib.

Hökümət tərəfdarı gündəlik Əl-Vətən qəzeti bazar günü hərbi qoşunların geniş-miqyaslı hücumun ilkin addımı olaraq İdlib vilayətinə yaxınlaşıb.

Ötən həftə hökümətə aid helikopterlər havadan İdlibin şərqindəki kəndlərə bukletlər paylayaraq, insanları təslim olmağa çağırıb.

Eyni zamanda Birləşmiş Millətlər Təşkilatının Suriyada humanitar işçi qüvvənin başçısı Yan İqland vilayətdə “mülki qırğının” qarşısını almaq üçün danışıqlara çağırıb.

Suriyada 2011-ci ildə hökümət əleyhinə etirazlara qarşı zorakı repressiyalarla başlayan vətəndaş müharibəsi nəticəsində 350 mindən çox insan öldürülüb, milyonlarla insan didərgin düşüb.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG