Accessibility links

Suriyanın Türkiyə ilə sərhəddə yerləşən şəhərində partlayış: 13 ölü


Türkiyənin dəstəklədiyi suriyalı üsyançı döyüşçülər

Suriyanın Türkiyə ilə sərhəddə yerləşən Tel Abyad şəhərində şənbə günü bazarda maşın bombasının partlaması nəticəsində azı 13 nəfər ölüb, 30-dan çox insan yaralanıb. Bu barədə Türkiyənin dövlət mediası və Suriya İnsan Haqları Müşahidə qrupu xəbər verib.

Tel Abyad Türkiyənin bu yaxınlarda Suriyanın şimalında keçirdiyi hərbi əməliyyatın hədəfində olan əsas iki sərhəd şəhərindən biridir.

Türkiyə höküməti “qəddar hücuma”görə Suriyanın kürd YPG yarı-hərbi dəstəsi ilə türkiyə qərargahlanan Kürdistan Fəhlə Partiyasını günahlandırıb. Suriya İnsan Haqları Müşahidə Qrupu partlayış nəticəsində ölənlər arasında Türkiyə tərəfdarı döyüşçilər və mülki vətəndaşların olduğu barədə məlumat verib.

Türkiyənin dövlət Anadolu xəbər agentliyi bildirib ki, Tel Abyadın mərkəzində yerləşən bazarda “bomba ilə dolu maşının” partlaması nəticəsində 13 nəfər ölüb.

Bu, Türkiyə ötən həftə Suriyanın şimal-şərqində illərdir İŞİD-ə qarşı mübarizədə ABŞ-ın müttəfiqi olan YPG-yə qarşı hərbi əməliyyat başladandan bəri ən ağır döyüşlərin olduğu şəhərlərdən biridir.

“Biz PKK-YPG terrorçularının Barış Pınarı əməliyyatı nəticəsində Tel Abyadda evlərinə və torpaqlarına geri dönən günahsız mülki vətəndaşlara qarşı qəddar hücumunu qınayırıq”, Türkiyənin müdafiə naziri Twitter-də yazıb.

YPG-in daxil olduğu Suriya Demokratik Qüvvələrin sözçüsündən dərhal şərh almaq mümkün olmayıb.

Türkiyədə qərargahlanan Kürdistan Fəhlə Partiyası (PKK) Türkiyə və onun Qərb müttəfqiləri tərəfindən terrorçu qrup olaraq görülür. Ankara YPG-ni də PKK ilə əlaqəsi olan terror qrupu hesab edir.

Cümə günü Türkiyə və Rusiyanın qoşunları zirehli maşınlarda Suryanın şimal-şərqində ilk birgə patrulunu keçirib.

Prezident Donald Trampın qəflətən ABŞ qoşunlarını Suriyadan geri çəkmək qərarından bir neçə gün sonra oktyabrın 9-da Türkiyə və müttəfiqi olan suriyalı üsyançılar Suriyanın şimal-şərqində hərbi əməliyyata başlayıb və Tel Abyad və sərhəddə 120 kilometrlik ərazinin nəzarətini ələ keçirib.

Şərhlərə bax

XS
SM
MD
LG