Accessibility links

Suriyanın Cisr Əl-Şuqhur şəhərinin hökumət qüvvələrinin nəzarətinə keçdiyi deyilir


Suriyanın Cisr Əl-Şuqhur şəhərinin hökumət qüvvələrinin nəzarətinə keçdiyi deyilir
Suriyanın Cisr Əl-Şuqhur şəhərinin hökumət qüvvələrinin nəzarətinə keçdiyi deyilir

Suriya elitar ordusunun hərbi vertolyotlar və tankların köməyi ilə Cisr Əl-Şuqhur şəhərinin nəzarətini ələ aldıqları bildirilir. Ölkənin dövlət mediasının bildirdiyinə görə, hökumət qüvvələri şəhərə bazar günü səhər tezdən, yollara və körpülərə yerləşdirilmiş bombaları təmizlədikdən sonra girə bilmişlər. Məlimatda döyüşlər zamanı iki silahlının və bir əsgərin öldürüldüyü bildirilir. Ağır texnika və tanklarla şəhərə iki tərəfdən hücum edildiyi deyilir.

Şahidlərin dediyinə görə, bazar günü şəhərə genişmiqyaslı hücum prezident Bəşar Əl-Əssədin qardaşı Mahir Əl-Əssədin başçılıq etdiyi Dördüncü Briqada tərəfindən edilib.

XS
SM
MD
LG