Accessibility links

Suriyanın Homs şəhərində zorakılıqlar bu gün də davam edib (Yenilənib)


Suriyanın Homs şəhərində zorakılıqlar bu gün də davam edib (Yenilənib)
Suriyanın Homs şəhərində zorakılıqlar bu gün də davam edib (Yenilənib)

Suriyanın insan haqları müdafiə,iləri hökumət qüvvələrinin Homs şəhərində hücumlarını davam etdirdiyini və bu gün də azı 57 mülki vətəndaşı qətlə yetirdiyini bildirirlər.

Bu gün şəhərin bir neçə hissəsində etirazçılara qarşı edilən hücumlar da daxil edilməklə, keçən həftənin şənbə günüdən bəri hökumət qüvvələri tərəfindən öldürülənlərin sayının yüzlərlə olduğu deyilir.

Homs şəhəri fəallarının Amerikanın Səsinə verdiyi məlumtda hökumət qüvvələrinin hücumları intensiv davam etdirdiyi, vəziyyətin getdikcə ağırlaşdığı, ölənlərin və yaralıların sayının artığı deyilir.

Suriya hökumətinin ölənlərin sayını gizlətdiyi üçün neçə nəfərin qətlə yetirildiyi barədə dəqiq məlumat verilmir.

Suriya hökuməti isə öz növbəsində hökumətə qarşı nümayişlərdə silahlı terrorçuların iştirak etdiyini və avtomobilə yerləşdirilmiş bomba hücumu da daxil edilməklə, son günlərdə Homs şəhərində həyata keçirilən bomba hücumlarında da həmin terrorçuların əli olduğunu deyir.



XS
SM
MD
LG