Accessibility links

Suriyanın hərbi qüvvələri tanklarla Banias şəhərinə hücum edib


Suriyanın hərbi qüvvələri tanklarla Banias şəhərinə hücum edib
Suriyanın hərbi qüvvələri tanklarla Banias şəhərinə hücum edib

İnsan hüquqları müdafiəçilərinin bildirdiyinə görə, Suriyanın hərbi qüvvələri tanklarla Banias şəhərinə hücum edib. Hökumət əleyhinə nümayiş iştirakçıları ilə qarşıdurma zamanı 4-ü qadın olmaqla 6 adam öldürülüb. Dünənki nümayişlərdə 31 adam həlak olub. Şəhərdə elektrik və kommunikasiya xətləri kəsilib. Şahidlər sahil sularında hərbi gəmilərin keşik çəkdiyini deyir. Yaxınlıqdakı Baida şəhərində də tanklar görünüb.Dünən paytaxt Dəməqdə minlərlə insan etiraz aksiyasında iştirak edib. Hökumət qüvvələri ilə toqquşma zamanı 26 adam həlak olub.

XS
SM
MD
LG