Suriyanın müxalifət fəalları “uçuşlara yasaq” yürüşünə səsləyib. Sosial media saytlarında yerləşdirilən çağırışda uçuşlara yasağın mülki əhalinin hökumət qüvvələrindən müdafiəsi üçün mühüm olduğu deyilir. Bu gün keçirilən yürüş zamanı 4 adamın öldürüldüyü bildirilir. Fəallar dünən nümayişçilərin hökumət qüvvələri ilə qarşıdurması zamanı 8 adamın öldürüldüyünü bildirir. Ölüm hallarının əksəriyyəti qüvvələrin reyd keçirdiyi Dəraa regionunda qeydə alınıb.
Suriyanın müxalifət fəalları “uçuşlara yasaq” yürüşünə səsləyib
- Amerikanın səsi
![Suriyanın müxalifət fəalları “uçuşlara yasaq” yürüşünə səsləyib](https://gdb.voanews.com/d5a5f6b3-78a8-4bb9-89ab-562faa9455f7_w250_r1_s.jpg)