Accessibility links

Suriya Demokratik Qüvvələri: İŞİD Suriyada məğlub oldu, xilafət məhv edildi


ABŞ-ın dəstəklədiyi Suriya Demokratik Qüvvələri İŞİD-in məğlubiyyətini qeyd edir
ABŞ-ın dəstəklədiyi Suriya Demokratik Qüvvələri İŞİD-in məğlubiyyətini qeyd edir

ABŞ-ın dəstəklədiyi qüvvələr Suriyanın şimal-şərqində Bağuz şəhəri üzərində bayraqlarını dalğalandırıb və İslam Dövləti terror qrupunun elan etdiyi xilafətin artıq mövcud olmadığını bildirib.

Şənbə günü Suriya Demokratik Qüvvələrinin uzun müddətdir gözlənilən açıqlaması gecə boyu keçirilən bir sıra koalisiya hava hücumlarından sonraya təsadüf edib.

Hava hücumları Fərat çayı ətrafında kiçik əraziləri tutmağa çalışan yüzlərlə İŞİD döyüşçüsünü hədəf alıb. Günəş onların olduqları torpaqlara işıq saçmağa başlayanda isə onlar müqavimət göstərə bilməyib.

“Bağuz kəndi tamamilə azad edilib. Suriya Demokratik Qüvvələri xilafətin tamamilə məhv edildiyini və İŞİD-in ərazilərinin 100 faiz əlindən alındığını elan edir” - deyə, Suriya Demokratik Qüvvələrinin sözçüsü Mustada Bali Twitterdə yazıb.

“Biz dünyanı xilafətin aradan qaldırılması səbəbilə təbrik edirik”, Bali əlavə edib.

Bu açıqlama ABŞ prezidenti Donald Trampın bənzər açıqlamasından 12 saat sonraya təsadüf edib. O, müvəqqəti müdafiə naziri Patrik Şanahanla qısa görüşdən sonra onunla birlikdə Air Force One təyyarəsində səfər edən müxbirlərə İŞİD-in “100 faiz məğlub olduğunu”söyləyib.

Lakin ABŞ-ın müdafiə rəsmiləri və Suriya Demokratik Qüvvələri dərhal Trampın açıqlamasını təkzib edib.

Bali cümə günü Amerikanın Səsinin kürd xidmətinə bildirib ki, prezident bu açıqlamanı verən zaman onun qüvvələri hələ də Bağuzda İŞİD döyüşçülərinə qarşı döyüşürdü və onlara qarşı əlavə hava hücumlarının həyata keçirilirdi.

ABŞ-ın başçılıq etdiyi Suriya Demokratik Qüvvələrinin qadın döyüşçüləri
ABŞ-ın başçılıq etdiyi Suriya Demokratik Qüvvələrinin qadın döyüşçüləri

Suriya Demokratik Qüvvələri indiyədək Bağuzda İŞİD üzərində qələbə elan etməkdən çəkinirdi və buna səbəb olaraq son bir neçə ayda terror qrupunun məhvi ilə bağlı açıqlamaların erkən olduğunu göstərib.

Koalisiya rəsmiləri də İŞİD-in sonadək “ağır döyüşdüyünü” və uşaqlardan canlı qalxan olaraq istifadə etmək kimi “dəhşətli taktikalardan” istifadə etdiklərini bildirib.

Lakin İŞİD son ərazisi üzərindəki nəzarəti cümə axşamından cüməyə keçən gecə ABŞ-ən başçılıq etdiyi koalisiya yeni hava hücumları keçirəndən sonra yavaş-yavaş itirməyə başlayıb.

Müşahidəçilər deyir ki, bombardman bir neçə yüz əlavə İŞİD döyüşçüsünü təslim olmağa vadar edib, lakin digərləri ölənədək döyüşmək niyyətində olub.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG