Accessibility links

Türkiyədə zəlzələdən sağ qalanların xilasetmə işləri davam edir


Türkiyə və Suriyanın cənub-şərqində baş verən 7,8 bal gücündə zəlzələdən 260 saat sonra türkiyəli xilasediciləri bir yeniyetmə uşağı dağılmış binanın dağıntıları altından sağ çıxarıb.

14 yaşlı Osman Halebiye Antakyadakı xəstəxanaya aparılıb.

Türkiyədə xilasetmə işləri icra olunmayan tikinti qaydaları ilə bağlı tənqidlər fonunda həyata keçirilib. Fevralın 6-da baş verən zəlzələdə minlərlə bina dağılıb və bu səbəblə də xilasetmə qrupları axtarışları çox sayda dağıntılar arasında aparır.

Türkiyə və Suriyada zəlzələ nəticəsində 41 mindən çox insan həlak olub, yüz minlərlə insan evlərini tərk edib.

Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi Türkiyə və Suriyada baş verən zəlzələlərdən sonra ABŞ-ın etdiyi yardımlarla bağlı jurnalistlərin suallarını cavablandırıb.

Türkiyədəki axtarış-xilasetmə qruplarının bu həftə sağ qalanları xilasetmə səylərinə kömək etmək üçün intensiv işləməyə davam etdiyini qeyd edən Kirbi amerikalı və beynəlxalq yardım heyətləri ilə yanaşı ABŞ-ın hərbi vertolyotlarının da avadanlıq və yardım ləvazimatları üçün kritik dəstək verdiyini deyib.

Kirbi bildirib ki, qruplar fevralın 16-da İncirlik Hava Bazasından bölgənin müxtəlif nöqtələrinə çadırlar, su və kanalizasiya vasitələri, gigiyena dəstləri, uşaq bezləri, qızdırıcılar və generatorlar daxil olmaqla təxminən 18 tona yaxın zəruri yardımlar, eləcə də yardım işçiləri gətiriblər.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG