Accessibility links

Türkiyə İslam Dövləti qrupu ilə əlaqəsi olmaqda şübhəli bilinən 29 nəfəri həbs edib


Türkiyənin daxili işlər naziri Əli Yerlikaya
Türkiyənin daxili işlər naziri Əli Yerlikaya

Türkiyənin daxili işlər naziri Əli Yerlikayanın cümə günü bildirdiyinə görə, Türkiyə hökuməti doqquz vilayətdə keçirilən əməliyyatlar zamanı İslam Dövləti militant qruplaşması ilə əlaqədə şübhəli bilinən 29 nəfəri həbs edib.

Yerlikaya X sosial media platformasında bildirib ki, cümə günü "Qəhrəmanlar-37 Əməliyyatı" zamanı həbs edilən şübhəlilər İstanbulda kilsə və sinaqoqlara hücum etməyi planlaşdırıb.

Türkiyənin dövlət Anadolu xəbər agentliyi təhlükəsizlik mənbələrinə istinadən əməliyyatlarda 29 məhbusla əlaqəsi olan daha 3 şübhəlinin də ələ keçirildiyini bildirib. Həmin üç nəfərin İslam Dövləti qrupunun yüksək rütbəli üzvləri olduğu və birinin İraqın Ankaradakı səfirliyinə hücum planlaşdırdığı deyilib.

Anadolu xəbər agentliyi şübhəlilər və əməliyyatlar haqqında əlavə məlumat verməyib.

Oktyabrın 1-də kürd militantlarının Ankarada hökumət binaları yaxınlığında bomba partlatmasından sonra hakimiyyət son həftələrdə İslam Dövləti və kürd militantlarına qarşı əməliyyatları gücləndirib.

Forum

XS
SM
MD
LG