Accessibility links

SUV avtomobillərinə tələbat ildən-ilə artır [Video]


SUV avtomobillərinə tələbat ildən-ilə artır
please wait

No media source currently available

0:00 0:02:19 0:00

SUV avtomobillərinə tələbat ildən-ilə artır

Uğurlu biznesin açarı müştəriyə istədiyini verməkdir. 2018-ci il Çikaqo Avto Şousunda iştirak edən avtomobil istehsalçıları müştərilərin SUV-lərdən nə istədiklərini yaxşı başa düşürlər.

“2017-ci il Ford SUV-lərinin satışında rekord vuruldu. Biz təkcə həmin il az qala 800 min ədəd SUV sata bildik." - deyə, Dan Cons bildirib.

Dan Cons Ford şirkətinin Şimali Amerika üzrə SUV Əlaqələr meneceridir.

“Son dörd ildə şirkətimizin SUV portfeli 25 faiz artıb. Biz gələcəkdə bu artım dalğasını kapitallaşdırmağa çalışacağıq." - deyə, o əlavə edib.

Bu işdə Ford tək deyil.

Taiqo Kastro Nissan şirkətinin kommersial avtomobillər üzrə direktorudur. Nissanın Rogue avtomobilləri Star Wars filmindən özünüidaraetmə kimi bəzi xüsusiyyətlərini özündə birləşdirərək şirkətin ən çox satılan avtomobilinə çevrilib.

Trevor Dorçies Chrysler və Fiat şirkətinin məhsul meneceridir. O şouya gələn potensial müştəriləri avtomobillərin möhkəmliyini yoxlayıb, ondan zövq ala bilməsi qapalı maneələr kursunda iştirak etməyə imkan yaradır.

“Düşünürəm ki, benzinin indiki qiyməti Jeep və Durango kimi avtomobillərin satışına kömək edir. Benzin ucuz olduqca insanlar daha böyük avtomobil almaq istəyirlər." - deyə, Trevor bildirib.

Sedan avtomobillərin satışı isə 30 faizi azalıb. Ancaq Consun sözlərinə görə, qiymətlərlə yanaşı ehtiyac və konfort da müştərilər üçün əsas faktordur.

“SUV-nin əsas istehlakçıları uşaq sahibi olan, orta sinifə uyğun pul qazanan, hündür oturacaqlara və bütün təkərlərin çəkən avtomobillərə sahib olmaq istəyən müştərilərdir." deyə, Dan Cons qeyd edib.

Artan SUV tələbatını ödəmək üçün avtomobil istehsalçılarının istehsal xətlərini dəyişdiyi bir vaxtda Milli Avtomobil Satıcıları Dərnəyi 2018-ci ildə yeni avtomobillərin satışında azalma müşahidə olunacağını proqnozlaşdırır.

XS
SM
MD
LG