Accessibility links

SVT və TT təşkilatları “Qızıl Kürək” mükafatına layiq görülüb


Mükafat Azərbaycanda həbsdə olan jurnalist Xədicə İsmayılın 2014-cü ildə başladığı araşdırmanı başa çatdırmalarına görə verilib

İsveçdə fəaliyyət göstərən jurnalist araşdırmaları üzrə FGJ təşkilatı “TeliaSonera” şirkətinin Azərbaycanda fəaliyyəti ilə bağlı birgə araşdırmaya görə OCCRP və onun isveçli tərəfdaşları SVT və TT təşkilatlarını “Qızıl Kürək” mükafatına layiq görüb.

Bu mükafat onlar hazırda Azərbaycanda həbsdə olan jurnalist Xədicə İsmayılın 2014-cü ildə başladığı araşdırmanı başa çatdırmalarına görə verilib.

Araşdırma “TellaSonera” şirkətinin Azərbaycandakı bölməsinin hakim ailə ilə yaxın əlaqəsi olduğunu aşkar edib.

OCCRP, SVT və TT təşkilatları ötən il aşkar ediblər ki, qismən İsveç hökumətinə məxsus “TeliaSonera” şirkəti 2008-ci ildə Azərbaycanın dövlət telekommunikasiya şirkəti olan “Azərsell” özəlləşdirilərkən böyük rüşvət qalmaqalına cəlb olunub. Bu, İsveç tarixində ən böyük rüşvət qalmaqalı hesab olunur.

Jurnalistlər 1 milyard ABŞ dolları məbləğində dövlət vəsaitinin prezident İlham Əliyevin ailəsinə yaxın olan şirkətlərə köçürüldüyünü aşkar ediblər.

Araşdırmaçı jurnalistlər üçün nəzərdə tutulan “Qızıl kürək” İsveçdə çox mötəbər mükafat hesab olunur, araşdırmaçı reportyorlar, TV və Radio və qəzet əməkdaşlarına verilir.

Təqdimat mərasimi aprelin 9-da keçiriləcək.

Xədicə İsmayıl 2014-cü il dekabrın 5-də həbs olunub. O, vergidən yayınma, qanunsuz sahibkarlıq kimi ittihamlarla 7 il 6 ay azadlıqdan məhrum edilib.

Xədicə İsmayıl ittihamları rədd edir və korrupsiya araşdırmalarına görə həbs olunduğunu bildirir.

«Amnesty İnternational» beynəlxalq hüquq müdafiə təşkilatı Xədicə İsmayılı «vicdan məhbusu» elan edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG