Accessibility links

İsveç NATO-ya üzvlük haqda müraciəti imzalayıb


İsveçin xarici işlər naziri Ann Linde Stokholmda NATO-ya üzvlüklə bağlı müraciəti imzalayır, 17 may, 2022-ci il.
İsveçin xarici işlər naziri Ann Linde Stokholmda NATO-ya üzvlüklə bağlı müraciəti imzalayır, 17 may, 2022-ci il.

Stokholm Rusiyanın Ukraynaya müdaxiləsindən qaynaqlanan təhlükəsizlik narahatlıqları fonunda 30 üzvü olan Qərb hərbi alyansına üzv olmağa çalışacağını elan etdikdən bir gün sonra İsveç NATO-ya üzv olmaq üçün rəsmi müraciət imzalayıb.

Qonşu Finlandiya parlamentinin də mayın 17-də eyni addımı atacağı və Finlandiya liderlərinin alyansa qoşulmaq qərarını rəsmən təsdiqləyəcəyi gözlənilir.

Rusiyanın fevralın 24-də Ukraynaya səbəbsiz hərbi müdaxiləyə başlamasından sonra Skandinaviyanın iki ölkəsi NATO-ya üzv olmaq yolunda sürətlə irəliləyib.

Stokholmda İsveçin xarici işlər naziri Ann Linde NATO-ya üzv olmaq üçün rəsmi müraciəti imzalayıb və bunun baş katib Yens Stoltenberqə göndəriləcəyini bildirib.

“İsveç üçün ən yaxşı qərar qəbul etmişik” – deyə, Linde sənədi imzalayarkən bildirib.

Bu arada, Finlandiya prezidenti Sauli Niinisto İsveçə rəsmi səfərə gəlib. Onun İsveç parlamentində NATO ilə bağlı çıxışı edəcəyi və baş nazir Maqdalena Anderssonla görüşəcəyi gözlənilir.

Skandinaviyanın iki qonşu ölkəsinin atdığı addımlar NATO-nun ölkənin qərb sərhəddinə qədər genişlənəcəyini müşahidə edə biləcək Rusiya tərəfindən xəbərdarlıqlarla qarşılanıb.

Rusiya prezidenti Vladimir Putin mayın 16-da bildirib ki, Rusiya Finlandiya və İsveçin NATO-ya daxil olmaq qərarını təhlükə kimi görməsə də, bu ölkələrdə hər hansı hərbi infrastrukturun yerləşdirilməsi Moskvanın əks-reaksiyasına səbəb ola bilər.

Mayın 17-də xarici işlər naziri Sergey Lavrov da Putinin şərhlərini təkrarlayaraq bildirib ki, Finlandiya və İsveçin NATO-ya qoşulması yəqin ki, “böyük fərq” yaratmayacaq, çünki iki ölkə uzun müddətdir alyansın hərbi təlimlərində iştirak edib.

Lakin o xəbərdarlıq edib ki, Rusiya NATO-nun gələcək üzv ölkələrdəki fəaliyyətini yaxından izləyəcək.

"NATO şərqə hərbi genişlənmələr planlaşdırarkən onların ərazisini nəzərə alır. Deməli, bu mənada yəqin ki, çox da fərq yoxdur. Gəlin görək onların ərazisindən praktikada Şimali Atlantika alyansında necə istifadə olunur" – deyə, o qeyd edib.

NATO üzvlərinin əksəriyyəti iki ölkəni mümkün qədər tez qarşılamağa həvəsli olsa da, Türkiyə prezident Rəcəb Tayyib Ərdoğanın onları kürd yaraqlılarına sığınacaq verildiyini əsas gətirərək, terrora qarşı aydın mövqe tutmamaqda ittiham etməsi onların üzvlüyü qarşısında potensial olaraq çətinlik yaradıb.

Rəsmi Anadolu xəbər agentliyinin Ədliyyə Nazirliyi mənbələrinə istinadən verdiyi məlumata görə, İsveç və Finlandiya son 5 ildə Türkiyənin 33 ekstradisiya müraciətinə müsbət cavab verməyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG