Accessibility links

İsveç NATO-nun 32-ci üzvü olmağa hazırlaşır


İsveçin baş naziri Ulf Kristersson
İsveçin baş naziri Ulf Kristersson

Rusiyanın Ukraynaya müdaxiləsi milli təhlükəsizlik siyasətini yenidən nəzərdən keçirməyə məcbur etdikdən və alyansın təhlükəsizliyin təminatını yüksək səviyyədə həyata keçirməsindən iki il sonra İsveçin cümə axşamı Vaşinqtonda rəsmi olaraq NATO-ya qoşulacağı gözlənilir.

İsveçin Baş naziri Ulf Kristersson yekun sənədləri təhvil vermək üçün Vaşinqtondadır. Ağ Ev prezident Co Baydenin İsveçin cümə axşamı birliyə üzv olacağı ilə bağlı açıqlama verdiyini bildirib.

"İsveçin NATO-nun müttəfiqi olması ABŞ və müttəfiqlərimizi daha da təhlükəsiz edəcək" bəyanatda deyilib.

İsveç hökuməti ayrı-ayrılıqda ölkənin NATO-ya daxil olması ilə bağlı rəsmi qərarı cümə axşamı verəcəyini bildirib.

Rusiya ilə 1340 km həmsərhəd olan İsveç və Finlandiyanın alyansa qoşulması NATO üçün onilliklər ərzində ən əhəmiyyətli genişlənmədir. Bu həm də alyansın daha da möhkəmlənməsinin qarşısını almaq istəyən Rusiya prezidenti Vladimir Putinə zərbədir.

İsveç alyansın bir üzvə hücum hamıya hücum kimi qiymətləndirdiyi ümumi müdafiə zəmanətindən faydalanacaq.

Macarısta keçən həftə İsveçin üzvlüyünü ratifikasiya edən sonuncu NATO üzvü olub.

İsveç NATO qüvvələrinə qabaqcıl sualtı qayıqlar və çox sayda yerli istehsal olan "Gripen" qırıcı təyyarələri əlavə edir və bu, Atlantik və Baltikyanı ölkələr arasında həlledici əlaqə olacaq.

Rusiya İsveçin bu addımına cavab olaraq "siyasi və hərbi-texniki əks tədbirlər" görəcəyi ilə hədələyib.

Stokholm son iyirmi ildə NATO-ya getdikcə yaxınlaşsa da, üzvlük 200 ildən artıq bir müddətdə İsveçin hərbi ittifaqlardan yayındığı və müharibə zamanı neytral mövqe tutduğu keçmişdən açıq-aydın qırılması deməkdir.


Forum

XS
SM
MD
LG