Accessibility links

Suriya qüvvələri üsyançıların nəzarətində olan əraziləri atəşə tutub (YENİİLƏNİB)


Suriya qüvvələri BMT müşahidəçilərdən ibarət qrupun ölkəyə gəlişindən öncə Homsda üsyançıların nəzarətində olan əraziləri güclü atəşə tutub.

Homsun Xalidiyyə məhəlləsindəki fəallar hökumət qüvvələrinin şəhəri artilleriya atəşinə tutduğu haqda məlumat verib.

Britaniyada yerləşən Suriyada İnsan Hüquqlarının monitorinq qrupunun başçısı Rami Əbdülrəhman dəqiqədə üç güllə atıldığını və üç nəfərin həlak olduğunu bildirib. Homsda olan fəallar şəhərin dörd rayonunun atəşə tutulduğunu bildirir.

Suriya prezidenti Bəşar Əl-Əsədin hakimiyyətdən getməsinə çalışan üsyançıların Hələbdə polis stansiyasına hücum etdiyi bildirilir.

Suriya hökuməti buna cavab olaraq xəbərdarlıq edib ki, “terrorçu qruplar” beynəlxalq vasitəçilər danışıqlar sayəsində əldə edilmiş atəşkəsə dair razılıqla əlaqədar ölkədə hücumları genişləndirib. Suriya dövlət televiziyası hərbi rəsmilərdən birinə istinadən “təhlükəsizlik qüvvələrinin terrorçu qrupların cinayətkar əməliyyatlarını davam etdirməsinin qarşısının alınacağını” bildirib.

Şənbə günü BMT Təhlükəsizlik Şurası yekdilliklə qarşıdan gələn günlər ərzində Suriyada 30-a qədər silahsız hərbi müşahidəçinin yerləşdirilməsinə səs verib.

BMT və Ərəb Liqasının Suriya üzrə xüsusi nümayənsədi Kofi Annan ilk altı müşahidəçinin ölkəyə bazar günü gələcəyini deyib. Qrup hökumət qüvvələri və silahlı müxalifət döyüşçülərinin Annanın altı maddədən ibarət planının şərtlərini yerinə yetirib-yetirməmədiyi haqda hesabat hazırlamalıdır.

XS
SM
MD
LG