Accessibility links

Suriyada ötən həftə baş vermiş partlayışların arxasında əl-Qaidə dayanır


C.
C.

BMT-nin baş katibi Ban Ki Mun ötən həftə Dəməşqdə 55 nəfərin ölümünə səbəb olmuş qoşa partlayışların arxasında əl-Qaidənin dayandığını düşündüyünü deyib.

O deyib ki, terrorçu qrupun Suriyada iğtişaşlara müdaxiləsi olduqca ciddi problemlər yaradır.

May ayının 10-da avtomobillərə yerləşdirilmiş iki partlayıcı qurğunun partlaması ölkədə müxalifət nümayişləri başlayandan bəri ən çox təlafata səbəb olan hücumla nəticələnib.

Müxalif Suriyada İnsan Haqları müşahidə qrupunun üzvləri Homs regionunda avtomat silahlardan atılmış atəş nəticəsində 3 nəfərin həyatına son qoyduğunu deyib.

Ölkənin başqa bölgəsində isə hökumət qüvvələrinin hücumları nəticəsində bir insanın öldürüldüyü bildirilir.

XS
SM
MD
LG